APPLEFİLM

“Apple” Bred Pitt və Corc Kluni heyətli filmlə izləyiciləri sevindirəcək

0

Keçən günlərdə film dünyasından hər kəsi həyəcanlandıran yeni bir xəbər gəldi. “Spider Man” filminin rejissoru Con Vats Hollivudun usta aktyorları Bred Pitt və Corc Klunini yeni filmdə bir araya gətirəcək. 

Bu xəbər çıxar-çıxmaz Universal, Warner Bros, MGM, Sony, Lionsgate, Annapurna, Amazon və Netflix kimi şirkətlər filmin istehsalını öz üzərlərinə götürmək üçün sıraya girdilər. Amma bütün bu şirkətlərin tam əksinə bir anda ortaya çıxan Apple Studios yeni filmin hüquqlarını alıb. Gələn il çəkilməsi planlanan film haqqında ətraflı məlumat yoxdur. Əvvəl verilən məlumatlara görə, film triller janrında olacaq. 

Filmin istehsal tərəfində C.Kluninin Smokehouse Pictures və B.Pittin Plan B Entertainment şirkətləri yer alacaq. Apple TV+ üzərindən tamaşaçıların qarşısına çıxacaq film “Emancipation” və “Raymond and Ray” filmindən sonra ən yüksək büdcəli film olacaq.

Filmin mövzusu haqqında ətraflı məlumat olmasa da, iki təcrübəli işçinin həyatındakı çətin anları əhatə edəcəyi deyilir.

GriftHorse pirat proqramı Android cihazları cənginə aldı

Əvvəlki

“Corsair” Xeneon oyun ekranını nümayiş etdirdi

Sonrakı

Rəylər

Login/Sign up