APPLEXƏBƏRLƏR

Apple armud loqosuna qarşı çıxdı

0

Apple-ın “dişlənmiş alma” şəkilli loqosuna qarşı çox həssas davranması çoxlarına məlumdur.  Şirkət bəzən məsələni o qədər şişirdir ki, öz loqosunun hüquqlarını qorumaq üçün hətta kiçik şirkətlərin belə loqolarına müdaxilə edir.

Apple-ın sonuncu “qurbanı” Prepear adlı yemək planlaması üzrə fəaliyyət göstərən tətbiq olmuşdu.

Tətbiqin armud şəkilli loqosu Apple-ın diqqətini çəkmiş və şirkət müəllif hüququnun qorunması ilə bağlı şikayəti ilə keçən ilin iyul ayında məhkəməyə müraciət etmişdi.

Apple Prepear-in armud şəklindəki loqosunun Apple loqosuna bənzədiyini və buna görə də, Apple ilə Prepear-in xidmətlərinin qarışdırılacağını əsas gətirərək qanuni addımlar atdığını söyləmişdi.

Amerika Birləşmiş Ştatları Patent və Ticarət Nişanı Ofisi (USPTO) tərəfindən yayımlanan xəbərə görə, məhkəmə sonunda iki şirkət razılığa gələ biliblər. Deyilənə görə, Apple loqotipdəki armud şəklinə deyil, loqodakı yarpaq şəklinin Apple loqosundakı almanın yarpağına bənzəməyinə etiraz edib.

Prepear isə razılaşma nəticəsində logosundakı armud yarpağının formasını dəyişdirməyə razı olub.

Prepear-ın qurucularından biri olan Russell Monson, Apple-ın meyvə temalı loqotipi istifadə edən kiçik müəssisələrə təzyiq göstərdiyini söyləyərək, bu müəssisələrin Apple ilə mübarizə aparmaq üçün kifayət qədər pulunun olmadığını vurğulayıb.

Şimali Koreya hakerləri 300 milyon dollardan çox kriptovalyuta oğurlayıblar

Previous article

Facebook Clubhouse-a bənzər özəlliyə sahib olacaq

Next article

You may also like

Comments

More in APPLE