BİZNESXƏBƏRLƏR

Apple 270 mağazasını yenidən açır

0

Apple ABŞ-dakı 270 mağazanın hamısını yenidən açır. Təxminən bir il çəkən fasilədən sonra ilk dəfə ABŞ-dakı 270 Apple mağazasının hamısı açılacaq.

Xatırladığınız kimi, Apple ilk dəfə pandemiya baş verəndə bəzi pərakəndə satış məntəqələrini müvəqqəti bağlamışdı.

Şirkət əvvəlcə mağazalarını 27 mart 2020-ci ildə yenidən açmağı planlaşdırırdı. Pandemiya yayıldıqda və vəziyyət pisləşdikcə Apple mövcud vəziyyətə uyğunlaşmalı oldu.

Ötən ilin may ayında şirkət mağazalarının çoxunu yenidən açmağa başladı. Amma Texasda yenə də bağlı qalmalı olan mağazalar oldu.

Apple-ın hələ də bir çox yerdəki mağazalarında bəzi məhdudiyyətlər var. Məsələn, elə mağazalar var ki, yalnızca əvvəlcədən vaxt təyin etdikdən sonra gedib alış-veriş edə bilərsiniz.

Galaxy S21 Ultra smartfonunun kameraları sınaqdan keçirildi

Previous article

It Takes Two video oyununun videosu yayımlandı

Next article

You may also like

Comments

More in BİZNES