TƏTBİQ

App Store ilə Play Store arasındakı rəqabət davam edir

0

App Store və Google Play Store platformalarının il sonu hesabatları ortaya çıxıb. İki nəhəngin rəqabətindəki son vəziyyət bu hesabatlarla birlikdə gün üzünə çıxmış oldu.

Əvvəldən öz rəqibindən öndə olan App Store aradakı fərqi qorumağa davam edir.

Əldə olunan məlumatlara görə, istifadəçilər bu il mobil platformalara 133 milyard dollar xərcləyib. Bu, ötən illə müqayisədə 20 faiz artımdan xəbər verir. 2020-ci ildə mobil platformalara xərclənən ümumi pul 111,1 milyard dollar təşkil edib.

Ötən il 72,3 milyard dollar qazanaraq ən böyük rəqibini geridə qoyan App Store, 17% artımla bu rəqəmi 85,1 milyard dollara çatdırmağı bacarıb.

Digər tərəfdən, Google Play Store da böyük gəlirlər əldə edib. Ötən il cəmi 38,8 milyard dollar gəlir əldə edən platforma bu il 23,5 faiz artım əldə edib. Şirkətin bu il mağazasından qazandığı pul 47,9 milyard olub.

Son məlumatlara görə, Google Play Store App Store-a çatmaq üçün 37,6 milyard dollarlıq bir böyümə əldə etməlidir.

Ubisoft NFT sektoruna girən ilk oyun şirkəti olacaq

Əvvəlki

“The Last of Us” serialının aktyor heyətində dəyişiklik oldu

Sonrakı

Rəylər

Login/Sign up