TEXNOLOGİYA

Anker yeni qulaqlığını təqdim etdi

0

Elektriksiz qulaqlıq bazarının önəmli brendi olan Anker bu gün məhsul siyahısına Soundcore Liberty 3 Pro modelini əlavə etdiyini xəbər verdi. 

Hazırladığı elektriksiz modellərin həm qiyməti, həm də göstərdiyi performansı ilə bəyənilən Anker qulaqiçi dəbli dizaynla hazırlanıb və ANC yəni aktiv səs-küy qarşısınıalma özəlliyinə sahibdir. Bu özəllik ətraf-mühitin səs-küyünə görə avtomatik tənzimlənə bilir.

LDAC kodek dəstəyi ilə keyfiyyətli musiqi həzzi yaşadan qulaqlıq AAC və SBC kodeklərini də dəstəkləyir. Əvvəlki modeldən 30% daha kiçik olan Soundcore Liberty 3 Pro IPX4 sertifikatı da var. İkili sürücülərin istifadəsi ilə yüksək ümumi səs performansına sahib olan Anker Soundcore Liberty 3 Pro, ANC sönülü olduqda 8 saat, ANC açıq olduqda isə 6 saat batareya ömrü vəd edir. 

Dörd fərqli rəng seçimi olan qulaqlıq (ağ, qara, yaşıl və bənövşəyi) 170 dollaradır.

Steam 8 dollarlıq oyun paketini pulsuz təklif edəcək

Əvvəlki

Instagram-dan səbirsizliklə gözlənilən özəllik gəldi

Sonrakı

Rəylər

Login/Sign up