XƏBƏRLƏR

Amerikada yerli qəzet büdcədən 6 milyon dolları oxuyucuları üçün ayırdı

0

Əvvəllər insanların xəbərləri qəzetdən, jurnaldan və s. oxuması olduqca məşhur idi. Hal-hazırda isə insanlar xəbərləri internet üzərindən oxuyurlar. Və nəşriyyat müəssisələri getdikcə yox olmaq təhlükəsi ilə üzə-üzə qalır.

Amerika Birləşmiş Ştatlarında bir qəzet oxuyuculara iPad hədiyyə etməklə sürpriz etdi.

Son 10 ildə qəzet oxumaq insanlar arasında aktual idi. Amma smartfonların ortaya çıxması ilə nəşriyyat öz dəyərini itirdi.

Bu böhrandan xilas olmağa çalışan Chattanooga Times Free Press adlı yerli qəzet oxuyucularına iPad hədiyyə etdi. Və bununla da çap xərclərini azaltdı.

Qəzet iPad da eyni versiyanı oxuyuculara təqdim edəcək. Qəzetin aylıq abunə haqqı 34 dollardır.

Hədiyyə olaraq verilən iPad 329 dollara başa gəlir. Qəzetin oxuyucularının yaşlı nəsil olmasını nəzərə alan nəşriyyat 4.4 milyon dollar məbləği iPad hədiyyəsinə, 1.7 milyon dolları isə oxuyucuların qəzetdən yararlana bilməsi üçün öyrədici seminarlara ayırıb. Qəzet onlayn versiya üçün 6 milyon dollara yaxın büdcə ayırıb.

İnstagram iPad-ə tətbiq qurmamaq üçün bəhanə axtarır

Əvvəlki

Fujifilm telefon çıxaracağının xəbərini verdi

Sonrakı

Rəylər

Login/Sign up