AMAZONBİZNES

Amazonun qurucusu Cef Bezos istefa edəcəyini açıqladı

0

Amazon şirkətinin qurucusu Cef Bezos, bu il kreslosunu tərk etməyi planlaşdırdığını açıqladı.

Amazon işçilərinə yazdığı bir məktubda Bezos öz gücünü və diqqətini yeni layihələrə sərf edəcəyini söyləyib. Bezosun sözlərinə görə, şirkətə rəhbərliyi 2016-cı ilin aprelindən bu yana Amazon Veb Xidmətlərinin rəhbəri olan Andy Jassy  edəcək.

Davamlı inkişafda olan və pandemiya ərəfəsində gəlirini diqqətə çarpacaq dərəcədə artıran Amazonun gəliri ötən ilin dördüncü rübündə 3.3 milyard dollardan 7.2 milyard dollara yüksəlmişdi. Bundan başqa, şirkətin satışları əvvəlki dövrlə müqayisədə  44%  artaraq 125,6 milyard dollara çatmışdır.

Çin məktəblərdə mobil telefon istifadəsini qadağan edəcək

Previous article

İnstagramda sildiyiniz şəkillər bərpa olunur

Next article

You may also like

Comments

More in AMAZON