AMAZON

Amazon rekord qırdı

0

Dünyanın ən böyük e-ticarət şirkəti olan Amazon son illərdə fərqli sahələrdə də özünü sınasa da, əsas məqsədi hələ də onlayn ticarətdir. Pandemiya səbəbi ilə 2020-ci ildə bir çox şirkətlərin geriləməsinə baxmayaraq, Amazon satışlarını əhəmiyyətli dərəcədə artırmağı bacardı. Bu ilin ilk rübü üçün nəşr olunan Amazon satış hesabatında yenə də heyrətləndirici rəqəmlər yer alıb.

Ötən ilin ilk rübündə Amazonda 75,5 milyard dollar xalis satış var idi. Bu ilin ilk rübündə 108,5 milyard dollarlıq satış olduğu bildirildi. Xalis satış rəqəmlərinə qaytarılmış və ya ləğv edilmiş satışlar daxil deyil. Pandemiyada virus riskini nəzərə alaraq satış rəqəmlərinin azalacağı gözlənilirdi, amma Amazon 44% artım əldə etməyi bacardı.

Amazon CEO-su Jeff Bezos, 2019-cu ilin son rübündə 150 ​​milyon olan Amazon Prime müştəri sayının, 33% artaraq 200 milyona çatdığını söylədi.

Satış rəqəmləri ilə yanaşı Amazon-un mənfəət nisbəti də yüksəldi. Ötən ilin ilk rübündə 2,5 milyard dollar olaraq elan edilən mənfəət, bu rübdə 8,1 milyard dollar oldu.

Təxmini hesablamalara görə, Amazon satışları ikinci rübdə 110-116 milyard dollar arasında olacaq.

Spotify yeni funksionallıqlar qazandı

Previous article

Galaxy S21 FE

Next article

You may also like

Comments