MARKETİNQMEDİAREKLAMXƏBƏRLƏR

Ailə TV indi Masazırda

0

Artıq Masazır qəsəbəsinin sakinləri də  Ailə TV kabel televiziyası xidmətlərindən istifadə edə bilərlər. Qəsəbədə yerləşən Qurtuluş 93 yaşayış kompleksinin 5 mərtəbəli binaları Ailə TV tərəfindən tam olaraq kabelləşdirib və istifadəyə hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, əhatə dairəsini daim genişləndirən Ailə TV kabel televiziyası BakıGəncə şəhərində xidmət göstərir. Hal-hazırda Bakı şəhərinin Xətai, Nizami, Nərimanov, Suraxanı, Binəqədi, Nəsimi rayonları Ailə TV kabel televiziyasının əhatə dairəsinə daxildir. Bundan əlavə Səbail rayonu və Sabunçu rayonu Bakıxanov qəsəbəsinin  müəyyən ərazilərində də Ailə TV kabel televziyası xidmətlərinə qoşulmaq mümkündür.

Ailə TV kabel televiziyası şəbəkəsinə daxil olmayan ünvanların sakinləri Ailə TV Player qurğuları vasitəsilə Ailə TV şəbəkəsində yayımlanan TV kanalları IPTV rejimində izləyə bilərlər.

Səyyar ASAN xidmət Masallı, Quba və Qəbələdə

Previous article

Artıq Twitter-də daha çox şəxsi izləyə biləcəksiniz

Next article

You may also like

Comments

More in MARKETİNQ