TEXNOLOGİYA

Adele-in Spotify-dan istəyi çoxlarını məyus etdi

0

Spotify-ın bütün müğənnilərin albomlarını ayrı-ayrı siyahılarda toplaması istifadəçilər üçün böyük üstünlükdür. Amma Adele-in Spotify-dan istəyi bu özəlliyi sevənləri məyus edib.

Adele xüsusi olaraq Spotify-dan albomlardakı mahnıların qarışıq çalınması özəlliyinin bağlanmasını xahiş edib. O, mövzu ilə bağlı Twitter-də paylaşım edərək bu istəyinin səbəblərini də açıqlayıb.

Adele 6 illik fasilədən sonra noyabrın 19-da “30” adlı yeni albomunu buraxdı. Bundan əvvəlki son albomu 2015-ci ildə buraxılmışdı. “25” adlı albom yalnız əldən satın alına bilərdi.

Müğənninin yeni albomunun da bir özəlliyi var. Albomdakı mahnıların hərəsi bir hekayədən bəhs edir və bu hekayələr bir-biri ilə bağlıdır. Müğənninin sözlərinə görə əgər mahnı siyahısı qarışdırılarsa, bu hekayənin mənası qalmaz.

Deyilənə görə Spotify da çox dinlənilən müğənninin istəyini rədd etmək fikrində deyil. Spotify hələ mövzu ilə bağlı açıqlama verməyib.

Honor 2022-ci ildə iki ayrı qatlanan smartfon təqdim edəcək

Əvvəlki

Trendyol hesabı necə açılır?

Sonrakı

Rəylər

Login/Sign up