TEXNOLOGİYA

ABŞ tarixində bir ilk! Boeing Starliner okeana yox, torpağa endi.

0

İkinci sınaq uçuşu ilə ISS-i ziyarət etdikdən sonra Yerə qayıdan Boeing Starliner okean yerinə quruya enərək ABŞ tarixində bir ilkə imza atdı.

Boeing Starliner Beynəlxalq Kosmik Stansiyaya (BKS) ilk səfərindən sonra sağ-salamat Yerə qayıda bildi. Altı günlük “Boeing Orbital Flight Flight Test-2” missiyası kosmik gəminin ABŞ ordusunun Nyu-Meksikodakı White Sands Missile Range sınaq poliqonuna enməsi ilə başa çatdı. Beləliklə, Boeing Starliner torpağa enən ilk Amerika kapsulu oldu.

Beynəlxalq Kosmik Stansiyaya 360 kiloqramdan çox avadanlıq daşıyan Boeing Starliner ekipajsız sınaq uçuşu həyata keçirdi. Starliner geri dönərkən 270 kiloqramdan çox yükü ABŞ-ə gətirdi. Yerə qayıdan avadanlıqlara ISS-də olanları hava ilə təmin etmək üçün istifadə edilən təkrar istifadə edilə bilən Azot Oksigen Doldurma Sistemi çənləri daxildir. Bu çənlər doldurulduqdan sonra onlar yenidən ISS-ə göndəriləcək.

Kosmik gəminin ilk sınaq uçuşu 2019-cu ildə baş tutub. Lakin orbitə çatanda avtomatlaşdırma sistemindəki problem itələyicilərin alovlanmasına mane oldu. Bu səbəbdən Starliner ilk sınaq uçuşunda BKS-ə yaxınlaşa bilmədi. Ötən il planlaşdırılan ikinci sınaq uçuşu isə hərəkət klapanının nasazlığı səbəbindən ləğv edildi. Problemlərin aradan qaldırılması ilə kosmik gəminin ikinci sınaq uçuşu nəhayət reallaşdırıldı.

Həmin uçuşdan alınan məlumatları qiymətləndirdikdən sonra Boeing astronavtları kosmik stansiyaya aparacaq və onları Yerə qaytaracaq ekipaj uçuşları planlaşdırmağa başlayacaq. NASA-nın bu yay Starliner-də uçacaq astronavtları açıqlayacağı və missiyanın 2022-ci il ərzində baş tutacağı gözlənilir.

Görünür ki, ABŞ-ə məxsus Boeing ISS-ə insan uçuşu həyata keçirən İlon Maskın SpaceX-dən geri qalıb. Görək, Boeing Starliner yaxın günlərdə bu rəqabətdə üstünlüyü ələ ala biləcəkmi.

Twitter qurucusu Cek Dorsi idarə heyətindən ayrıldı

Əvvəlki

Twitter milyonlarla dollarlıq cəza ödəyəcək

Sonrakı
Login/Sign up