XƏBƏRLƏR

3D pişik olan “Calico” Tokioda xalqı salamlayır

0

Yaponiya deyəndə ağıla həm texnologiya,  həm də Asiyanın sehirli dünyası gəlir. Bu günlərdə isə söhbət “calico” cins pişiyin 3D formatda salamlaşmasından gedir.

Paytaxt Tokio, Şincuku ərazisində binanın ən üst mərtəbəsinə yerləşdirilən 120 kvadrat metr 3D ekranında ortaya çıxan “calico” qara, sarı və ağ rənglərdədir.

İnsanların diqqətini öz üzərinə çəkən “calico” bu ərazini ziyarət edənlərə 15 saniyəliyinə salam verir. Pişik salamlaşarkən ətrafdakılara doğru başını sağa-sola çevirir və  ayaqlarını oynadır.

Binanın ekranında ortaya çıxan reklamlardan fərqli olaraq, pişik ətrafdakılardan xəbərdarmış kimi görünür. Gecələr əsnəyərək yatır, səhərlər yuxudan durur, insanlara miyoldayır. Xalq arasında “şincuku pişiyi” adı qoyulan pişik öz məharətləriylə ətrafda xoş təbəssüm yaradır.

Meşə yanğınları NASA -nın peyk görüntülərində əks olundu

Əvvəlki

Twitter Spaces güncəlləndi

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up