BİZNESMALİYYƏ

2021-ci ilin milyarderləri

0

Koronavirus səbəbi ilə milyonlarla insan işini itirərkən, dünyanın ən varlı insanları sərvətlərinə sərvət qatdılar. Forbes 2021-ci ilin milyarderlərinin siyahısını açıqladı.

Siyahının başında 177 milyard dollar sərvəti ilə Jeff Bezos durur. 2020-ci ildə 113 milyard dollarlıq sərvətə sahib olan Bezos, sərvətini 1 ildə 64 milyard dollar artırmağı bacardı.

İlon Mask ötən il ilk 10-da yer almamasına baxmayaraq, 1 ildə əldə etdiyi qazancla 2021-ci il siyahısında ikinci yerdə olmağı bacardı. Mask sərvətini 24,6 milyard dollardan 151 milyard dollara yüksəldərək Bill Gates və Mark Zuckerberqi geridə qoydu.

Louis Vuitton və Sephora başda olmaqla 70 brendin sahibi Bernard Arnault, Forbes-in milyarderlər siyahısında üçüncü yerdə qərarlaşdı. Arnault Forbes-in ən yaxşı 10 milyarderi arasında yeganə modelyerdir. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi siyahıda moda sektorundan olan birinin yer alması maraqla qarşılandı. 150 milyard dollar sərvətə sahib Arnault 72 yaşındadır.

Hər zaman milyarderlər siyahısında görməyə öyrəşdiyimiz Bill Gates 2021-ci il siyahısında dördüncü yerə düşdü. Gates ötən il ikinci yerin sahibi idi.  Sərvətini 26 milyard dollar artıran Gates, 124 milyard dollarla dünyanın ən zəngin insanları arasındadır.

Mark Zuckerberg ilk 10-luqdakı milyarderlər arasında ən gənc nümayəndədir. 36 yaşlı Zuckerberqin 97 milyard dollar sərvəti var və siyahının 5-ci zənginidir.

Maliyyə sektorunda fəaliyyət göstərən Warren Buffett siyahıda altıncı yerdədir. 96 milyard dollarlıq sərvəti ilə ilk 10-a girməyi bacaran Baffet, Berkshire Hathaway-ın sahibidir.

Oracle prezidenti Larry Ellison sərvətini ötən ilə nisbətən 34 milyard dollar artıraraq siyahıda yeddinci yerdə qərarlaşdı. 94 milyard dollarlıq bir sərvətə sahib olan Ellison, sərvətinin artmasına baxmayaraq, ötən ildəkindən 2 sıra geriyə düşdü.

Siyahının səkkizinci və doqquzuncu sıralarında Google-dan tanıdığımız Larry Page və Sergey Brin var. Page 91,5 milyard dollarla səkkizinci yerdə, Brin 89 milyard dollarla 9-cu yerdədir.

İlk 10-luqda yer alan başqa bir maraqlı ad Mukesh Ambani-dir. Neft və təbii qaz sektorunda fəaliyyət göstərən Ambani, bir ildə sərvətini 47,7 milyard dollar artırdı və 84,5 milyard dollar ilə siyahıda onuncu sırada yer aldı.

Bu günədək ən çox satılan PlayStation oyunları

Əvvəlki

Huawei Watch 3-ün özəllikləri haqqında yeni məlumatlar yayıldı

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up