TEXNOLOGİYAXƏBƏRLƏR

17 yaşlı gənc Twitter-də Bitcoin paylaşımı etdi, 3 illik həbs olundu

0

Ötən yay onlarla dünyaca məşhur Twitter hesabını ələ keçirən və Bitcoin saxtakarlığı edən 17 yaşlı gənc Florida məhkəməsinə təslim oldu. Graham Ivan Clark adlı haker məhkəmədə günahını etiraf etdi.

Xatırlamayanlar üçün deyək ki, bu gənc adam və iki dostu bir çox mavi işarəli böyük Twitter hesablarını ələ keçirib Bitcoin paylaşımı etmişdi. Buradan kifayət qədər çox gəlir əldə edən üç dostun sevinci uzun çəkmir. Çünki FBI da daxil olmaqla ən yüksək təhlükəsizlik qüvvələri bu məsələ ilə məşğul olmağa başlayır. Qısa müddət ərzində tutulan 3 gənc üçün məhkəmə prosesi başladılır.

Nəhayət məhkəmənin nəticəsi açıqlandı. Graham Ivan Clark adlı gənc haker üç il həbs cəzası aldı. Gəncin 2020-ci ilin iyul ayında tutulmasından 229 gün keçmişdi. Buna görə də Clark-ın həbsxanada keçirəcəyi müddət qısaldıldı. Əslində ən azı 10 il həbs cəzası alacağı düşünülən haker, yaşının az olmasına görə cəmi 3 il azadlıqdan məhrum edildi. Amma məhkəmənin hökmünə görə, Clark sərbəst buraxıldıqdan sonra kompüter istifadə edə bilməyəcək.

15 iyul 2020-ci il tarixində baş verən hadisədə bir çox məşhur ad və korporativ şirkət hackləndi. Bunlar arasında Barak Obama, Joe Biden, Elon Musk, Bill Gates, Kanye West, Michael Bloomberg, Apple, Uber kimi nəhənglər var idi. Bir-birinin ardınca ələ keçirilmiş bu Twitter hesabları vasitəsi ilə Clark, hesab sahiblərininin adından özünə müəyyən miqdarda Bitcoin istəmiş və həmin məbləğlərin iki qat artığının onlara geri qaytarılacağını söyləmişdi.

Hadisədən sonra 17 yaşlı gənc bu fövqəladə fırıldaqçılıq cinayətindən 117.000 dollardan çox pul qazanmışdı.

Əlbəttə, Clark tək deyildi. O bu internet hücumunu internet forumunda tanış olduğu iki ortağı 22 yaşlı Nima Fazeli və 19 yaşlı Mason Sheppard ilə birlikdə planlamışdı.

Hadisə qısa müddətdə həll olunsa da, texnologiya nəhənglərinin platformaya olan güvəni bir müddət azaldı.

Twitter Rusiyada qadağan oluna bilər

Previous article

Samsung Galaxy A72 tanıdıldı

Next article

You may also like

Comments

More in TEXNOLOGİYA